Yəhudiliyi qəbul edən TÜRKLƏR – Onlar YUNESCO-nun yox olan xalqlar siyahısına salınıb

Yəhudiliyi qəbul edən TÜRKLƏR – Onlar YUNESCO-nun yox olan xalqlar siyahısına salınıb

Hazırda oxunan: Yəhudiliyi qəbul edən TÜRKLƏR – Onlar YUNESCO-nun yox olan xalqlar siyahısına salınıb

95456

Türk xalqlarının bir neçəsi Krımda yaşayır. Və Krımda yaşayan ən qədim türk xalqlarından biri də karaimlərdir (karaylar). Karaimlər yəhudiliyi qəbul edən yeganə türk boyudur. Amma onlar Məhəmməd peyğəmbəri(s.ə.s) də qəbul edirlər.

Onlar Xəzər türklərinin davamçıları hesab edilirlər və Əməvilərin, Bizansın təsirinə düşməmək üçün musaviliyi qəbul ediblər. 

Bir mənbədə karaimlərin Vl əsrdə, digər mənbələrə görə 1246-cı ildə Qalin-Voliç knyazı Danilin dəvəti ilə indiki ərazilərə gəliblər. Hazırda dünyada 20 minə yaxın karaimlərin yaşadığı təxmin edilir. Karaim türkcəsi qıpçaq dil qrupuna aiddir. Bu tükrcə 3 şivəyə bölünür: trakay, krım və haliç-lutsk.

On dördüncü əsrin sonlarında Litva hökmdarı Aleksandr Vitold 383 karaim ailəsini Trakaya gətirir. O zaman, Polşa da bir qrup karaimin öz ərazilərində yaşamasına icazə verir.

Rumıniyadakı karaimlər Sultan Mehmetin əmri ilə İstanbula köçürülür. XlX əsrdən başlayaraq karaimlərdə türkçülük dindən daha önə çıxır. 1934-cü ildə Mustafa Kamal Atatürk karaimlərin nümayəndələrini Türk dili qurultayına dəvət edir. 
Karaimlərin mətbəxi Azərbaycan və Türkiyə mətbəxinə çox yaxındır. Karaim dilir YUNESCO-nun “yox olmaqda olan dillər” qrupuna salınıb.

Daha ətraflı məlumat üçün video-ya keçid edə bilərsiniz:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO