VACİB AÇIQLAMA:

VACİB AÇIQLAMA: "Laçın şəhəri son deyil, yeni xoş xəbərlər olacaq" - VİDEO

Hazırda oxunan: VACİB AÇIQLAMA: "Laçın şəhəri son deyil, yeni xoş xəbərlər olacaq" - VİDEO

90634

Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycan Ordusunun nəzarətinə keçib. 

Bizim.Media xəbər verir ki, ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsinin böyük əhəmiyyəti var. Çünki orada mühüm strateji  məntəqələr var. Lakin xoş xəbərlər bununla da bitməyəcək.

''Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi son deyil. Sentyabr-oktyabr aylarında da xoş xəbərlərin olacağı gözlənir''. 

Millət vəkili Arzu Nağıyev isə vurğulayıb ki, ordumuzun Laçın şəhərinə yerləşməsi, eləcə də Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi diplomatik qələbədir.
Siyasi şərhçilər bildirirlər ki, Azərbaycan bundan sonra sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana diplomatik təzyiqləri daha da gücləndirəcək. (Xəzər Xəbər)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO