Ərdoğan:

Ərdoğan: "Türkiyə Krımın ilhaqını tanımır" - VİDEO

Hazırda oxunan: Ərdoğan: "Türkiyə Krımın ilhaqını tanımır" - VİDEO

90089

"Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir".

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajında deyib.

O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir”, - deyə o bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO