Türkiyə ilk milli elektrik avtomobilini buraxdı - VİDEO

Türkiyə ilk milli elektrik avtomobilini buraxdı - VİDEO

Hazırda oxunan: Türkiyə ilk milli elektrik avtomobilini buraxdı - VİDEO

85736

Tam elektriklə işləyən TOGG avtomobilinin ilk nüsxəsi Türkiyədə fabrikin konveyerindən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Rossiyskaya qazeta” yayıb.

Mənbə yazır ki, bu, ölkə tarixində ilk milli elektromobildir. 

Model iki versiyada istehsal olunacaq: sedan və SUV. Yaradıcılar iddia edirlər ki, avtomobillərdən hər hansı birinin akkumulyatorunu doldurmaq 30 dəqiqədən çox olmayacaq. Bundan sonra TOGG 500 km-ə qədər gedə biləcək.
Bəzi xüsusiyyətlərinə görə TOGG amerikalı rəqib Tesla-nı üstələyir. Belə ki, türk elektromobili 100 km/saata 4,8 saniyəyə, Tesla isə 5,4 saniyəyə sürət yığır. Bundan əlavə, Tesla elektrik mühərriki 376 at gücünə, TOGG isə 400 at gücünə malikdir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO