“D-8 (“İslam səkkizliyi” - red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
“Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır”, - XİN başçısı bildirib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:31 / 27.07.2022
Çavuşoğlu: “Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün müraciət edib” - VİDEO
Hazırda oxunan: Çavuşoğlu: “Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün müraciət edib” - VİDEO
Hazırda oxunan: Çavuşoğlu: “Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün müraciət edib” - VİDEO
85670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.