Papa Fransisin Kanadaya “tövbə” səfəri – Yerlilərdən üzr istədi – VİDEO 

Papa Fransisin Kanadaya “tövbə” səfəri – Yerlilərdən üzr istədi – VİDEO 

Hazırda oxunan: Papa Fransisin Kanadaya “tövbə” səfəri – Yerlilərdən üzr istədi – VİDEO 

85478

Ötən ilə damğa vuran Kanadada 1800-cü illərdə yerli xalqa qarşı qeyri-insani hərəkətlərin aşkarlanması faktları xristian dünyasını çaş-baş salmışdı. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, Katolik dünyasının ruhani lideri və Vatikanın prezidenti Papa Fransis bununla bağlı Kanadaya 6 günlük “tövbə ziyarəti” edib. 

O, Katolik Kilsəsinin Kanadada yerli uşaqlara kilsəyə bağlı internat məktəblərində zorakılıq edilməsindəki rolu ilə bağlı "kədər, qəzəb və utanc" haqqında danışıb. 

“Kilsə yerli xalqın mədəni məhvində iştirak edib. Kanadanın yerli xalqından edilənlərə görə üzr istəyirəm. Çox sayda xristian tərəfindən yerli xalqlara qarşı edilən pisliyə görə təvazökarlıqla bağışlanma diləyirəm" – deyə papa qeyd edib. 

Xatırladaq ki, məsələni araşdıran Kanadadakı Həqiqət və Barışıq Komissiyası 1831-1996-cı illər arasında fəaliyyət göstərən kilsə nəzdindəki internat məktəbləri ilə bağlı araşdırmasını 2015-ci ildə başa çatdırıb və 4000 səhifəlik hesabat dərc edilib. Komissiya hadisələri “mədəni soyqırım” kimi qiymətləndirib. 
Sözügedən hesabatda bu məktəblərdə ən azı 4200 yerli uşağın zorakılıq və ya laqeydlik nəticəsində öldüyü bildirilir. 

Kanadada katolik kilsəsinin nəzarətində olan bəzi internat məktəblərinin bağçalarında çoxlu qeyri-rəsmi uşaq məzarları tapılıb. Həqiqət və Barışıq Komissiyasının hesabatından sonra dəfələrlə yerli xalqdan üzr istəyən Kanadanın baş naziri Castin Trüdo 2017-ci ildə Vatikana rəsmi səfəri zamanı Papadan üzr istəməsini istəyib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO