Qərbi Zəngəzurda yerləşən Qubadlı rayonunun Şurnuxu kəndindən növbəti reportaj hazırlanıb.
Bizim.Media xəbər verir ki, görüntülər BAKU TV-nin hərbi jurnalisti Fərdin İsazadə tərəfindən ərsəyə gətirilib.
“Gorus-Qafan yolunun Şurnuxu kəndindən keçən hissəsindəyik. Bura Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülüb. Sərhəd xətti bizim sağ tərəfimizdən keçir, sol tərəfimizdəki evlər isə 2021-ci il yanvarın 4-də Qubadlı rayonunun tərkibinə daxil edilib. Azərbaycan ordusunun şanlı qələbəsindən sonra sərhədçilərimiz sərhədlərin dəqiqləşdirilməsi məsələsinə başladı.
Həmin vaxt bu 12 ev Azərbaycanın nəzarətinə keçdi. Ümumilikdə isə Şurnuxu kəndində 240 mülki yaşayış evi var. Kəndin əhalisi isə 500 ermənidən ibarətdir. Bu, elə də böyük rəqəm deyil. Hər evə orta hesabla 2 nəfər düşür. Vəziyyət Ermənistanda demoqrafik baxımından bü cürdür, yəni acınacaqlıdır. Bu kəndin timsalında hər şey aydın görsənir.
Qeyd edək ki, Şurnuxu Qərbi Zəngəzurun qədim kəndidir və tamamilə azərbaycanlılar yaşayıb. 1988-ci ildə azərbaycanlılar bu evlərdən qovulublar və kənddə ermənilər məskunlaşıblar.
Ədalət bərpa edilir, azərbaycanlılar doğma torpağına qayıdır. Azərbaycan əhalisi bu yerlərdə yenidən yaşayacaq, yaradacaq və buraları çiçəkləndirəcək.
Bizim bir neçə metrliyimizdə erməni maşını dayanmışdı, bizi görən kimi ərazidən uzaqlaşdı. Bu günkü reallıq budur, başqa cür də ola bilməz”, deyə jurnalist qeyd edib.
Xatırladaq ki, Şurnuxu - yarısı Azərbaycanın Qubadlı rayonunda, digər yarısı isə Ermənistanın Sünik mərzində olan kənddir.
Bizim.Media