Vətən müharibəsinin daha 68 iştirakçısı polisə xidmətə qəbul olunub - VİDEO 

Vətən müharibəsinin daha 68 iştirakçısı polisə xidmətə qəbul olunub - VİDEO 

Hazırda oxunan: Vətən müharibəsinin daha 68 iştirakçısı polisə xidmətə qəbul olunub - VİDEO 

83533

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, sıra baxışında kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.  

Nazir V.Eyvazov daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfə vermələrini tövsiyə edib. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO