İlon Maskın raketi uçmamış yerdə partladı - VİDEO 

İlon Maskın raketi uçmamış yerdə partladı - VİDEO 

Hazırda oxunan: İlon Maskın raketi uçmamış yerdə partladı - VİDEO 

83408

Milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən “Starship” kosmik gəmisini buraxmaq üçün hazırlanmış gücləndirici raket alovlanıb və buraxılış meydançasında partlayıb.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında “Super Heavy” daşıyıcı raket prototipinin sınaqları keçirilib.  

Mask "o qədər də yaxşı getmədi" söyləyərək qəzadan gələn zərərin hazırda qiymətləndirilməsi işlərinin aparıldığını mətbuata çatdırıb. Sahibkar aydınlaşdırıb ki, problem “Raptor” mühərriki mürəkkəb aktivləşdirmə ardıcıllığına malik olduğundan mühərrikin fırlanma sınağı zamanı yaranıb. 

"Gələcəkdə biz eyni anda 33 mühərriklə sınaqdan çıxmayacağıq" deyə İ.Mask, “Twitter” - də yazıb.  
Öz növbəsində, “NASASpaceFlight.com” saytının baş redaktoru Kris Berqin eyni sosial şəbəkədə partlayışdan sonra yanğının söndürüldüyünü bildirib.  

Qeyd edək ki, bir gün əvvəl “SpaceX” 46 “Starlink” peyki ilə birlikdə “Falcon” 9 daşıyıcı aparatını kosmosa göndərib. Raket “Vandenberq” Hərbi Hava Qüvvələri bazasındakı meydançadan buraxılıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO