Tik-Tok sosial şəbəkə platformasının Azərbaycan seqmentində edilən paylaşımlar və canlı yayımlar tez-tez tənqidi müzakirələrə səbəb olur.
Bu dəfə də etik qaydaların pozulduğu, azyaşlı uşağın da yer aldığı daha bir video ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
Görüntülərdə iki rəfiqə təhrikedici hərəkət və sözlərlə bir-birləri ilə körpə uşağın da iştirakı ilə dialoq edirlər.
Bizim.Media xəbər verir ki, sözügedən videogörüntü ilə bağlı “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O, məsələ ilə bağlı aidiyyatı qurumların müvafiq addım atmalı oduğunu diqqətə çatdırıb.
Mövzu ilə bağlı araşdırmamız davam edəcək.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:02 / 22.06.2022
Tik-tokda azyaşlının gözü qarşısında növbəti BİABIRÇILIQ – VİDEO
Hazırda oxunan: Tik-tokda azyaşlının gözü qarşısında növbəti BİABIRÇILIQ – VİDEO
Hazırda oxunan: Tik-tokda azyaşlının gözü qarşısında növbəti BİABIRÇILIQ – VİDEO
80453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.