"Özünü idarə edə bilməyən qadınlar bir dəfə doğsun" sözləri Nüşabəyə baha başa gəldi - QALMAQAL - VİDEO 

Hazırda oxunan: "Özünü idarə edə bilməyən qadınlar bir dəfə doğsun" sözləri Nüşabəyə baha başa gəldi - QALMAQAL - VİDEO 

78752

"İstəyirəm belə bir qanun çıxarılsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar bir dəfə doğsun, çox yox. Elə bir şey edilsin ki, uşaq dünyaya gətirməsinlər. Elə bil xalq, ölkə bunları öhdəliyinə götürüb ki, sən uşaq dünyaya gətir, biz baxacağıq. Dünyaya uşaq gətirmə. Sən doğ, Xoşqədəm, xalq baxacaq".  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Səni axtarıram" verilişində deyib.  
 
Sənətçi yardım üçün sözügedən proqrama gələn Günel adlı qadına etirazını bildirirək, onunla söz savaşına çıxıb.  
 
N.Ələsgərli övladlarını uşaq evinə qoymaq istəyən qadını bu hərəkətinə görə “ağ yuyub, qara sərib”.  
 
"Sənə heç kimin fikri önəmli deyil. Sən doğ, Xoşqədəm baxacaq. Belə etmək olarmı? Elə bil ki, buna camaatın borcu var. Burada nə danışıram, bilirəm. Danışığına fikir ver".  
 
Günel adlı həmin qadın isə vəkil Nail İbrahimova müraciət edərək, N.Ələsgərlini şərəf və ləyaqətini canlı efirdə alçaltdığına görə məhkəməyə verəcəyini bildirib.  
 
Qadın Əməkdar artistdən təzminat istədiyini və alacağı təqdirdə “Ümid Yeri” uşaq sığınacaq evinə verəcəyini söyləyib.  
 
Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO