Estoniya parlamentinin sədrindən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO 

Estoniya parlamentinin sədrindən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO 

Hazırda oxunan: Estoniya parlamentinin sədrindən Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO 

76233

“Azərbaycana, Bakıya üç günlük səfərimiz bu gün səhər başa çatacaq və biz evə yola düşürük. İkitərəfli münasibətlərin saxlanılması çox vacibdir və səfər zamanı çoxlu mühüm görüşlər oldu: Azərbaycan prezidenti, parlamentin sədri, baş nazir və bir neçə nazirlə”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Estoniya Parlamentinin sədri Yuri Ratas "Facebook" səhifəsində səsləndirib

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün də önəmlidir, çünki qaz və neft qıtlığını nəzərə alsaq, qarşıdan gələn istilik mövsümündən əvvəl Avropa İttifaqına əməkdaşlıq təklif edə bilən Azərbaycandır”.

Yuri Ratas vurğulayıb ki, Azərbaycanda keçirilən bütün görüşlər Ukrayna və Ukraynanın suveren ərazi bütövlüyünə dəstək məqsədilə baş tutub.

“Qəbula görə Azərbaycandakı dostlarımıza çox minnətdaram və həqiqətən ümid edirəm ki, ikitərəfli əlaqələrimiz möhkəmlənəcək”, deyə o yekunlaşdırıb.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO