“Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyevin təyyarəsini vuracaqlar” - Cəlal Əliyevin illər əvvəlki VİDEOMÜSAHİBƏSİ

“Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyevin təyyarəsini vuracaqlar” - Cəlal Əliyevin illər əvvəlki VİDEOMÜSAHİBƏSİ

Hazırda oxunan: “Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyevin təyyarəsini vuracaqlar” - Cəlal Əliyevin illər əvvəlki VİDEOMÜSAHİBƏSİ

73444

Akademik Cəlal Əliyevin illər öncə verdiyi müsahibəsi yayımlanıb.  

O, Əməkdar jurnalist Faiq Hüsiyevə müsahibəsində 1990-cı ildə Ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya necə geri qayıtmasından və o illərdə baş verən hadisələrdən bəhs edib.

Bizim.Media xəbər verir ki, akademik həmçinin sözügedən tarixi hadisələri “Nauka istinna” kitabında qeydə aldığını bildirib.

O, dövrünün görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ilə vacib görüşündən də söz açıb: 
 
“Bir gün Bəxtiyar Vahabzadə mənə zəng etdi. Dedi ki, görüşmək lazımdır. Onunla Sabir bağında görüşdük. Elə oturduq skamyanın yanında. Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyev Bakıya gəlsə, onun təyyarəsini vuracaqlar.
İndi mən tək başıma necə qərar verim? Desəm ki, gəl, onu vuracaqlar, günahkar mən olacağam. Desəm ki, gəlmə, orada da hər cür hadisə baş verə bilər.  

Əjdər Xanbabayev də bu məsələlərdə özünü fəal aparırdı. Çox yaxınlığımız yox idi, amma özünü mərd aparırdı. Onunla zəngləşdim, getdim “Azərnəşr”ə. Götür-qoy etdik, axırda dedik ki, zəng edək, Heydər Əliyev gəlsin”, - deyə C. Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO