Avtomobil ustasının maraqlı kolleksiyası: Qiyməti 20 000 manat olan “Zapı” - VİDEO 

Avtomobil ustasının maraqlı kolleksiyası: Qiyməti 20 000 manat olan “Zapı” - VİDEO 

Hazırda oxunan: Avtomobil ustasının maraqlı kolleksiyası: Qiyməti 20 000 manat olan “Zapı” - VİDEO 

70342

Avtomobil ustası Azər Əhmədov  xeyli müddətdir ki, Zaparoji kimi tanınan ZAZ markalı avtomobilləri toplamaq və onların satışı ilə məşğuldur. Hazırda qarajında 50-dən çox belə maşını var. Onlardan ən qədimi isə 1962 –cil istehsalıdır. Burada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür. Əksəriyyəti  də işlək vəziyyətdədir. Özünün dediyinə görə, indiyə qədər 100-dən çox zaparoji əldə edib. Təmir etdikdən sonra isə bir hissəsini satıb.  

Bizim.Media xəbər verir ki, Azər Ustanın bu avtomobillərə həvəsi hələ uşaqkən başlayıb. İndi harada baxımsız vəziyyətdə qalan zaparoji görərsə,alıb emalatxanasına gətirir. 

Usta bildirir ki,  bu avtomobillərdənyalnız gəzinti üçün istifadə etmək olar. Çünki zaparojilərin bəzi özəllikləri var ki, digər maşınlarda rast gəlinmir. 

Onun ən çox sevdiyi model isə ZAZ 966 A-dır.  Həmin maşın üçün dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb. Azər Ustanın emalataxanasında ötən əsrin 50-ci illərində istehsal olunan moskviç və digər retro avtomobillərdə var. 
“Xəzər Xəbər”in hazırladığı reportajı təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO