Qəza enişi edən təyyarə iki hissəyə bölündü - VİDEO

Qəza enişi edən təyyarə iki hissəyə bölündü - VİDEO

Hazırda oxunan: Qəza enişi edən təyyarə iki hissəyə bölündü - VİDEO

68619

Dünyanın aparıcı logistika şirkəti “DHL”ə məxsus “Boeing 757” təyyarəsi Kosta Rikanın San Xose Xuan Santamaria Beynəlxalq Hava Limanında qəza enişi etdikdən sonra iki hissəyə bölünüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Bildirilib ki, təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra onun hidravlikasında problem aşkar edilib və pilot aeroporta qayıtmağa qərar verib.

Avialayner hava limanına endikdən sonra uçuş-enmə zolağından çıxıb və qırılma da burada baş verib. Heyət üzvlərindən heç biri xəsarət almayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO