Naxçıvanda keçirilən komanda-qərargah təlimi yekunlaşdı - FOTO/VİDEO

Naxçıvanda keçirilən komanda-qərargah təlimi yekunlaşdı - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda keçirilən komanda-qərargah təlimi yekunlaşdı - FOTO/VİDEO

68218

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq keçirilən komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən komanda-qərargah təliminin sonuncu mərhələsində döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə bölmələrin qarşılıqlı fəaliyyəti koordinasiya edilib, qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, birləşmə və hissələrin fəaliyyətləri, qərarların və hesablamaların reallığı kompüterlər vasitəsilə qiymətləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda komanda-qərargah təlimləri başladı - VİDEO


Təlimin yekunu keçirilən zaman şərti düşmənin terror qruplaşmalarının zərərsizləşdirilməsində uzlaşmış fəaliyyətlərə nail olunduğu bildirilib, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO