Ana rus hərbçinin öldürdüyü qızını həyətində belə dəfn etdi – ÜRƏKDAĞLAYAN VİDEO 

Ana rus hərbçinin öldürdüyü qızını həyətində belə dəfn etdi – ÜRƏKDAĞLAYAN VİDEO 

Hazırda oxunan: Ana rus hərbçinin öldürdüyü qızını həyətində belə dəfn etdi – ÜRƏKDAĞLAYAN VİDEO 

67836

Xəbər verdiyimiz kimi, Rus qoşunları Kiyev vilayətini tərk edib. Bundan sonra bütün dünya onların geridə qoyduqlarını - yandırılmış şəhər və qəsəbələri, yollarda qalan onlarla mülki cəsədi görüb. Ən acınacaqlı mənzərə Buçada qeydə alınıb. Şəhərin meri Buçaya "cəsədlərin səpələndiyini" deyib.

Onun sözlərinə görə, insanlar əsasən başının arxasından güllələnib. Meduza saytı Rusiya hərbçilərinin qətlə yetirdiyi yerli sakinlərin dəhşətli kadrlarını dərc edib. 
Bizim.Media xəbər verir ki, Buçadan yayılan daha bir ürəkağrıdan  kadrlar isə sosial şəbəkələrin trendinə çevrilib.

Buça sakini ukraynalı hərbçilərə qızının meyitinin yerini göstərib. O, şəhərin işğalının ilk günündə rus əsgəri tərəfindən güllələnib. Qız rusların hərbi kolonuna baxmaq üçün darvazadan çölə çıxıb və heç bir səbəb olmadan qətlə yetirilib.

Anası isə onu elə həyətindəcə dəfn edib. Daha doğrusu, 20-30 santimetr dərinliyində çala qazıb və üstünə taxta parçaları yığıb.

Xatırladaq ki, bu gün dünya mediası Buçadan ruslar tərərindən öldürülən çoxlu yerli sakinlərin cəsədlərini yayımlayıb.

Qeyd edək ki, Avropa Kiyev ətrafı qəsəbələrdə dinc əhalinin qətliamına şahidlik edən kadrlardan şoka düşüb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 3-də Twitter-də bu cinayətlərə görə məsuliyyət daşıyanların cavab verəcəyinə əminliyini ifadə edib. 
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynanın mülki əhalisinə qarşı törədilən hərəkətləri müharibə cinayəti kimi araşdırmağa çağırıb.  

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiya hərbçilərinin Ukraynada törətdiyi cinayətlərlə bağlı xəbərdən şoka düşdüyünü gizlətməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO