Rəqəmsallaşan dünyada süni intellekt və data elminə ehtiyac və maraq günü-gündən artır. Bu gün verilənlərin toplanması, analiz edilməsi və emalı kimi bacarıqlar həm dövlət, həm də özəl qurumlarda ən çox tələb olunan bacarıqlar arasındadır.
Ona görə də Elektron Hökümətin İnkişafı Mərkəzi süni intellekt və data elmi ilə bağlı treninqlərə başlayıb.
Elektron Hökümətin İnkişafı Mərkəzinin süni intellekt üzrə direktor müşaviri Günay Kazımzadə də təlimçilər sırasındadır. O, layihə və tədris prosesi, təlimə müraciət edənlərin sayı barədə məlumatı Bizim.Media ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Data elminin əsaslarını öyrənmək istəyən tələbələrin NƏZƏRİNƏ: Aprelin 5-dək…
Günay xanım həmçinin ölkədə gənclərin süni intellekt və data sahəsinə böyük maraq göstərdiklərini bildirib.
Qeyd edək ki, proqram ödənişsizdir və əyani şəkildə həyata keçiriləcək. Mərkəzin təlimlərindən hazırladığımız geniş videoreportajı diqqətinizə təqdim edirik:
Səkinə Yusibli, Bizim.Media