Mila Kunis “Oscar” gecəsində Ukraynanı unutmadı - VİDEO 

Mila Kunis “Oscar” gecəsində Ukraynanı unutmadı - VİDEO 

Hazırda oxunan: Mila Kunis “Oscar” gecəsində Ukraynanı unutmadı - VİDEO 

66728
Məşhur Hollivud aktrisası Mila Kunis ötən gecə baş tutan “Oscar” mükafatlandırma gecəsində davranışı ilə dünya mediasının diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, 38 yaşlı aktrisa səhnəyə çıxarkən Ukraynaya dəstəyini bildirib.

“Son qlobal hadisələr bir çoxumuzu məyus etdi, lakin belə bir dağıntı ilə üzləşənlərin gücünə və ləyaqətinə şahidlik etdikdə, onların dözümlülüyündən təsirlənməmək mümkün deyil. Amma indi bu baş verir və mən nə hiss etdiyimi izah edə bilmirəm. Ürəyimin bir parçası qopmuş kimi hiss edirəm” – deyə ulduz qeyd edib.

Daha sonra Ukrayna xalqına dəstək məqsədilə bir dəqiqəlik sükut elan olunub.

Qeyd edək ki, Mila Kunis Ukraynanın cənub-qərbində yerləşən Çernovtsı şəhərində doğulub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO