“Ukraynada xüsusi əməliyyat plan üzrə inkişaf edir, qarşıya qoyulan məqsədlərə - ölkənin demilitarizasiyası və denazifikasiyasına nail olunana qədər davam edəcək. Nəticədə Ukrayna neytral olmalı, anti-Rusiya siyasəti aparmamalı və normal qonşu olmalıdır”.
Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Xüsusi əməliyyat ilk növbədə ona görə baş tutub ki, Rusiya dövlətinin qarşısına qoyduğu məqsədlərə diplomatiya yolu ilə nail olunmayıb. Prezident bunu xüsusi əməliyyatın başlandığını elan edərkən deyib”, - Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədri əlavə edib ki, əməliyyat plan üzrə inkişaf edir və bu plan Ali Baş Komandan (Putin) tərəfindən hazırlanıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
10:01 / 25.03.2022
Medvedev: “Əməliyyatlar Rusiya öz məqsədlərinə çatanadək davam edəcək” – VİDEO
Hazırda oxunan: Medvedev: “Əməliyyatlar Rusiya öz məqsədlərinə çatanadək davam edəcək” – VİDEO
Hazırda oxunan: Medvedev: “Əməliyyatlar Rusiya öz məqsədlərinə çatanadək davam edəcək” – VİDEO
66357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.