Moskvadan Bakıya aviabiletlərin qiyməti kəskin artdı - VİDEO

Moskvadan Bakıya aviabiletlərin qiyməti kəskin artdı - VİDEO

Hazırda oxunan: Moskvadan Bakıya aviabiletlərin qiyməti kəskin artdı - VİDEO

65033

Rusiya-Ukrayna müharibəsi fonunda Moskva-Bakı və əks istiqamətdə aviabiletlərin qiyməti kəskin artıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, uçuşlara məhdudiyyətlərin qoyulması, o cümlədən bir sıra aviaşirkətlərin reyslərini ləğv etməsi qiymətlərin artmasının başlıca səbəbləridir.

Ekspert Rəhman Quliyev deyir ki, hazırda faktiki olaraq Moskva-Bakı, Bakı-Mosva istiqamətində 1 aviaşirkət uçuş həyata keçirir. Bu reyslerlə sadəcə bir istiqamət üzrə uçmaq 2000 manata başa gəlir. Üstəlik, bu reyslərdə yaxın tarixlərə ekonom-klas biletlər də yox dərəcəsindədir. Çünkü münaqişə və Novruz bayramı ilə bağlı gəlib-gedənlərin sayı xeyli artıb.

Sərnişinlər alternativ olaraq Dubay və İstanbul üzərindən də Bakıya və əks istiqamətə uça bilərlər. Ancaq burada da qiymətlər olduqca yüksəkdir.

Sərnişinlər daha aşağı qiymətə bilet almaq istəyirlərsə, minimum 1 ay əvvəldən sifariş etməlidirlər. Ancaq ekspert Rəhman Quliyev deyir ki, indidən 1 ay əvvələ bilet almaq da olduqca risklidir. Çünkü həmin reysin təxirə düşüb-düşməyəcəyi sual altındadır.

Ekspertin fikirincə, yaxın vaxtlarda qiymətlərin normala qayıtması gözlənmir. Çünkü hazırda münaqişə səbəbindən aviaşirkətlərin əksəriyyəti uçuşları ləğv edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO