Əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna-Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
Onun sözlərinə görə, martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edib. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalıb.
Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçıblar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:36 / 04.03.2022
Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN VİDEO
Hazırda oxunan: Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN VİDEO
Hazırda oxunan: Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN VİDEO
63114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.