Ukraya prezidenti Volodimir Zelenski Avropa Parlamentində çıxış edib.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri Aİ-ni Ukraynanı üzv kimi qəbul etməyə çağırıb.
“Bir ifadə var: Avropanın Ukrayna seçimi. Görün hara gəldik. Mən istərdim ki, bu gün bizə “Avropa Ukraynanı seçdi” sözlərini deyəsiniz.
Hörmətli iştirakçılar, bizim çox motivasiyalı xalqımız var. Biz öz hüquqlarımız, azadlığımız və həyatımız, indi isə yaşamaq üçün mübarizə aparırıq və bu, bizim əsas motivasiyamızdır, lakin biz həm də Avropanın bərabərhüquqlu üzvü olmaq üçün mübarizə aparırıq. İnanıram ki, biz hər kəsə kim olduğumuzu göstərəcəyik. Bizimlə Aİ mütləq daha güclü olacaq.
Sübut edin ki, bizimləsiniz, bizi buraxmırsınız. Sübut edin ki, siz həqiqətən avropalısınız. Onda həyat ölümə, işıq qaranlığa qalib gələcək. Ukraynaya eşq olsun”, - Zelenski bildirib.
Xatırladaq ki, onun çıxışı ayaqüstə alqışlanıb. Avropa Parlamenti Ukraynanın Avropa Birliyinə üzvlük ərizəsini qəbul edib və xüsusi qəbul proseduruna start verilib.
Bizim.Media