ABŞ-ın Azərbaycandakı səfiri Eldarla gəzintiyə çıxdı, azərbaycanca mahnı oxudu - VİDEO 

ABŞ-ın Azərbaycandakı səfiri Eldarla gəzintiyə çıxdı, azərbaycanca mahnı oxudu - VİDEO 

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfiri Eldarla gəzintiyə çıxdı, azərbaycanca mahnı oxudu - VİDEO 

0:00
0:00
60729

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda diplomatik nömrəli yeni elektrik avtomobilini təqdim edib. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın Bakıdakı səfirliyinin avtomobil parkına məxsus olan bu maşın səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsi olduğunu bildirib. 

“Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş video çarxda təqdim edib. 

Səfirlik Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını təqdim etməkdən məmnunluq duyduğunu bildirib. Səfirlik habelə Landmark biznes mərkəzinə, ərazisində maşının enerji doldurulma stansiyasını yerləşdirdiyinə görə minnətdarlığını bildirib: 

Bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində biz yanacağa sərfiyyat edərək, karbon qazının ətraf mühitə tullanmasını qarşısını almağa nail olacağıq”. 
Qeyd edək ki, elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata keçirilir.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO