ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Hazırda oxunan: ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

605464

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (US CENTCOM) rəsmi "X" səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı strateji-hərbi obyektlərə hədəflənmiş aviazərbələrinin görüntüsünü yayıb.

Bizim.Media xəbər verir ki, videogörüntülərdə gecə və gündüz reydləri zamanı bir sıra hərbi hədəflərin dəqiq zərbələrlə məhv edildiyini görmək olur.

“ABŞ qüvvələrinin İran dərinliklərində hərbi hədəflərə fasiləsiz zərbələr endirdiyi bir vaxtda İranın hərbi imkanları zəifləməkdə davam edir”,- deyə paylaşımda qeyd olunur.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO