Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

Hazırda oxunan: Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

605328

ABŞ və İsrail qüvvələrinin Baharıstana (Tehran) hücumu nəticəsində azı 13 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi şəhər qubernatoruna istinadən məlumat yayıb.

Qubernatorun sözlərinə görə, ABŞ və İsrail iki yaşayış binasına zərbə endirib.

"İndiyədək xilasetmə qrupları tərəfindən hadisə yerindən 13 şəhid çıxarılıb", - "Fars" qubernatorun sözlərindən sitat gətirib.
 

Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.


Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO