Quba-Xınalıq yolunun bu hissəsi bağlandı - VİDEO

Quba-Xınalıq yolunun bu hissəsi bağlandı - VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yolunun bu hissəsi bağlandı - VİDEO

605221

Quba-Xınalıq yolu rayonun Bostankeş kəndinəcən olan hissədi bağlanıb. Sakinlərin sözlərinə görə, Xınalıqla Bostankeşin arasında 3 km yolda dünən yağan qar yenidən sürüşmə riskini artırıb. 

Bizim.Media xəbər verir ki, yola yenidən qaya və daş parçaları düşüb və yol bağlanıb.

Xınalığa rayon mərkəzindən gələn turistlər və sakinlər Bostankeşdə dayanaraq sürüşmüş yolu piyada keçərək Xınalıqdan çağrılan digər nəqliyyat vasitəsi ilə kəndə gedirlər.

Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları gün ərzində bağlanmış yolun təmizlənməsini həyata keçirəcəklər. 

Quba FHK-nın sədri, RİH başçısının 1-ci müavini Tariyel İbrahimov  çaylarda sululuğun artdığını, bütün çaylardan güclü sel keçdiyini deyib.

Dağlıq ərazilərə isə qar yağdığını deyən komissiya sədri dəyən ziyanın həcminin hələ tam dəqiqləşdirmək mümkün olmadığını açıqlayıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO