Şimal-Qərb bölgəsində fərqli MƏNZƏRƏ: Dağlarda qar, yollarda duman... - FOTO/VİDEO

Şimal-Qərb bölgəsində fərqli MƏNZƏRƏ: Dağlarda qar, yollarda duman... - FOTO/VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində fərqli MƏNZƏRƏ: Dağlarda qar, yollarda duman... - FOTO/VİDEO

605190

Başa vurduğumuz həftənin ilk günləri yazın ilıq havasını insanlara daddırsa da  həftə sonu Şimal-Qərb bölgəsində temperatur 20 dərəcədən 7-8 dərəcəyə kimi enərək fərqli bir mənzərə yaradıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgənin əksər ərazilərinə yağış yağıb. 

Yüksək dağlıq ərazilərdə isə yenidən qar müşahidə olunur. 
 

Verilən məlumatlara görə, bölgənin dağlıq ərazilərinə 5- 8 sm arasında qar yağıb. Burada temperatur 3 dərəcəyə kimi enib. Hazırda bölgədən keçən avtomobil yollarında dəyişkən duman müşahidə olunur.


Bu istiqamətdə hərəkət edən sürücülərə tövsiyyə olunur ki, yolların yağışdan sonra sürüşkən olmasını nəzərə alaraq sürət həddinə nəzarət etsinlər. Eyni zamanda həftəsonu istirahətə gələnlər havanın yağmurlu və soyuq olmasını nəzərə alsınlar. 








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO