Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Hazırda oxunan: Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

604801

Son illər yaşayış sahələrinin qiymətlərinin sürətlə artması ev sahibi olmaq üçün müxtəlif üsulları aktuallaşdırır.

Bunlardan biri də fərdi ev tikdirməkdir. Ancaq nəzərə almaq lazımdır ki, son illərdə bahalaşma torpaq sahələri və tikinti materiallarından da yan keçməyib.

Bəs istənilən halda çoxmərtəbəli binadan mənzil almaq, yoxsa torpaq sahəsi əldə edib fərdi ev tikdirmək daha sərfəlidir?

Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku TV-yə münasib məkanlarda ucuz torpaq sahələri tapıldığı təqdirdə, fərdi ev tikintisinin daha sərfəli olduğunu bildirib:

"Orta təmir, ilkin təmir, yaxşı təmir olmağından asılı olaraq, tikinti prosesinin hər kvadratmetri üçün təqribən 500-800 manat arasında xərc tələb olunur. Bunun üzərinə torpaq sahəsinə sərf olunan xərclər və abadlaşdırma işləri əlavə edildikdə, bir kvadratmetr təxminən 1000 manata başa gəlir. Mənzillər isə daha yüksək qiymətə təklif olunur. Şəhərin mərkəzində orta qiymət təqribən 3500 manatdır. Ən yüksək qiymət isə Nəsimi rayonunda 17 min manata təklif olunur".

Ekspert deyir ki, kiçikölçülü tikili üçün 2-3 sot, böyükölçülü ev üçün isə daha artıq ərazi tələb olunur.

Torpaq sahələrinin dəyəri isə əraziyə görə dəyişir: elan saytlarına nəzər salanda məlum olur ki, Bakıətrafı ərazilərdə qiymət 1 sota görə 6 min manatdan başlayır. Bu qiymətə Saray qəsəbəsi, Fatmayi və Məmmədli kəndlərində çıxarışlı torpaq sahələri təklif olunur.
 

Paytaxtın mərkəzinə yaxın ərazilərdə isə qiymətlər bir sota görə 55-60 min manatdan başlayır. Eyni qiymətə Əhmədli, Həzi Aslanov qəsəbəsindən də çıxarışlı torpaq sahələri almaq mümkündür.


Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO