Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

604304

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 72-BC-195 dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə 72-BC-683 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Qasım David oğlu Qasımlı, 1979-cu il təvəllüdlü Niyaməddin Mirdaməd oğlu Seyidov və 1959-cu il təvəllüdlü Kazım Yəhya oğlu Rzayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO