İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

Hazırda oxunan: İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

603640

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub.
 

Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.


Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO