Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Hazırda oxunan: Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

603000

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, paytaxtın Nərimanov rayonu ərazisində, Seyid Cəfər Pişəvəri parkında gəzinti üçün nəzərdə tutulan piyada səkiləri qapadılıb. Bu da həmin vətəndaşların istirahətində və gediş-gəlişində maneələr törədib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı sakinlərdən biri narazılığını belə ifadə edib:
 

"Bu tikintinin tikilməyi xalqımız üçün xeyirlidir. Amma insanların istirahəti üçün maneçilik yaradırlar. Yaxşı olardı ki, elə bir mövqe seçərdilər ki, insanlar sərbəst burada hərəkət edə bilsinlər. Mən bu gün velosipedlə qayıdanda gördüm maneçilik yaranır, məcbur olub başqa bir yoldan getmişəm".


Digər bir sakin isə mövzuya bu cür münasibət bildirib:

"Yəqin ki, bunlar təhlükəsizliyə görə bağlayıblar buranı. Orada bina tikilir. Əvvəldən düşünsələr, daha yaxşı olardı. Biz bu yolla gedib-gəlirdik, indi məcburuq digər yolla gedək".

Məsələ ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, sözügedən ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO