UEFA-nın “Qarabağ”ın futbolçusu Qara Qarayev haqqında hazırladığı reportaj - VİDEO 

UEFA-nın “Qarabağ”ın futbolçusu Qara Qarayev haqqında hazırladığı reportaj - VİDEO 

Hazırda oxunan: UEFA-nın “Qarabağ”ın futbolçusu Qara Qarayev haqqında hazırladığı reportaj - VİDEO 

0:00
0:00
60116

"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda bilərik". 

Bizim.Media-nın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Fransada "Marsel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin oyunundan öncə UEFA-nın rəsmi saytına açıqlamasında deyib. 

30 yaşlı yarımmüdafiəçi Marsel şəhərinin eyniadlı təmsilçisinin Çempionlar Liqasını qazandığını xatırladıb:

"Onlar artıq bir dəfə bu titula sahib çıxıblar. Düzdür, çoxdan olub. Amma bu, "Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur". 

O bildirib ki, Fransa klubuna qarşı oynamaq asan olmayacaq:

"Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq". 

"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk komanda olduğunu söyləyən təcrübəli oyunçu artıq Ağdam təmsilçisinin bütün ölkələrdə tanındığını vurğulayıb:

"Qrupda İspaniyanın "Atletiko" (Madrid) klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımıda səsləndirdiyi fikirlər "Qarabağ"ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınır, hətta çox yaxşı formada sayılırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir". 

Qarayevin sözlərinə görə, qrup mərhələsinin son oyununda İsveçrə "Bazel"inə səfərdə uduzmasaydılar, birbaşa 1/8 finala yüksələ bilərdilər:

"Lakin qrupda birinci yeri tutmaq şansını əldən verdik. Əks-halda bu tarixi hadisə artıq reallığa çevriləcəkdi. Uzun illərdir avrokubokların qrupunda oynayırıq. Biz "Qarabağ"ın tarixində yeni səhifə yazırıq". 

Futbolçu bundan sonra daha ciddi və diqqətli olmağın önəmini qeyd edib:

"Çünki müəyyən səviyyəyə çatanda azarkeşlərin uğursuzluğu qəbul etməsi getdikcə çətinləşir və onları razı salmaq üçün daha yaxşı işləməlisən. Pley-off oyunlarından sonra nələrin baş verəcəyi barədə danışmaq istəmirəm, amma biz üzərimizə düşən məsuliyyəti hiss edirik. Bilirik ki, növbəti illərdə azarkeşlərimizi sevindirməyə davam etmək üçün yeni zirvələrə çatmalı olacağıq". 

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO