Lukaşenko rus qoşunlarının Belarusdan çıxarılmasının vaxtını açıqladı - VİDEO

Lukaşenko rus qoşunlarının Belarusdan çıxarılmasının vaxtını açıqladı - VİDEO

Hazırda oxunan: Lukaşenko rus qoşunlarının Belarusdan çıxarılmasının vaxtını açıqladı - VİDEO

60111

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ordusunun respublikadan çıxarılmasının mümkün vaxtını açıqlayıb.

Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiya “Pul Pervoqo” Telegram kanalında yayılıb.

Onun sözlərinə görə, bu, birgə təlimlər başa çatdıqdan və Rusiya lideri Vladimir Putinlə müvafiq qərar qəbul ediləndən sonra baş verəcək. 

“Görün, amerikalılar nə edir: onlar minlərlə əsgəri bizim sərhədimizə, birbaşa Polşaya, Baltikyanı ölkələrə köçürürlər. Britaniya və digər Avropa ölkələri silahlı qüvvələrini yerləşdirir”, - Lukaşenko bildirib. 

Onun fikrincə, Qərb qoşunlarının nə vaxt geri çəkiləcəyi ağlabatan sual yaradır:

“Bu barədə danışmırlar, təzyiq edirlər. Biz Rusiya prezidenti ilə bunu etmək qərarına gələndə və buradakı təlimlər bitəndə Rusiya qoşunlarını Belarusdan çıxaracağıq. Qərarı biz verəcəyik: bura bizim ərazimizdir”.

Bundan əvvəl Lukaşenko demişdi ki, o, Putinlə yaxın vaxtlarda görüşəcək və Rusiya qoşunlarının “nə vaxt, hansı müddətdə, hansı qrafikə əsasən” çıxarılmasına qərar verəcək. 
Fevral ayında Belarusda Rusiya ilə birgə “Birlik qətiyyəti-2022” hərbi təlimləri keçirilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO