Tehran aeroportunda İranın neçə təyyarəsi MƏHV EDİLİB? - FOTO/VİDEO

Tehran aeroportunda İranın neçə təyyarəsi MƏHV EDİLİB? - FOTO/VİDEO

Hazırda oxunan: Tehran aeroportunda İranın neçə təyyarəsi MƏHV EDİLİB? - FOTO/VİDEO

600358

Peyk görüntüləri göstərir ki, İsrailin səhər saatlarında Tehranın Mehrabad hava limanına endirdiyi zərbələr nəticəsində İranın ən azı 17 təyyarəsi zədələnib. Məlumata görə, həmin təyyarələrdən bəziləri tamamilə məhv edilib.

Bizim.Media xəbər verir ki, bundan əvvəl İsrail ordusu yaydığı açıqlamada bildirib ki, hücum zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus və “Hizbullaha silah daşıdığı iddia olunan 16 təyyarə” məhv edilib.
 

Mehrabad hava limanı İranın paytaxtı Tehranda yerləşir və ölkənin həm mülki, həm də hərbi aviasiyası üçün mühüm obyektlərdən biri hesab olunur. Hücum nəticəsində limanda yerləşən hərbi infrastruktura və təyyarələrə ciddi ziyan dəydiyi bildirilir.


Hadisə ilə bağlı İran tərəfi hələlik zərərin miqyası və itkilər barədə rəsmi açıqlama verməyib. Regionda davam edən hərbi qarşıdurma fonunda bu hücum Yaxın Şərqdə gərginliyin daha da artdığını göstərir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO