İsfahan əyalətində SEPAH-ın əsas komanda mərkəzi məhv edildi - ANBAAN VİDEO

İsfahan əyalətində SEPAH-ın əsas komanda mərkəzi məhv edildi - ANBAAN VİDEO

Hazırda oxunan: İsfahan əyalətində SEPAH-ın əsas komanda mərkəzi məhv edildi - ANBAAN VİDEO

600349

İranın İsfahan əyalətinin Şahinşəhr şəhərində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas komanda mərkəzinin məhv edildiyi bildirilir. Məlumata görə, obyektə endirilən zərbə nəticəsində hərbi infrastruktura ciddi ziyan dəyib.

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara əsasən, hücum zamanı SEPAH-a məxsus əməliyyat və koordinasiya mərkəzi hədəf alınıb. Bu mərkəzdən regiondakı hərbi bölmələrin fəaliyyəti idarə olunurdu. Zərbə nəticəsində binanın böyük hissəsinin dağıldığı və ətraf ərazidə də ziyan yarandığı bildirilir.
 

Hadisədən sonra əraziyə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub, bölgə tam nəzarətə götürülüb. Hücum zamanı ölən və yaralananların sayı ilə bağlı isə rəsmi məlumat hələ açıqlanmayıb.


Şahinşəhr şəhəri İsfahanın yaxınlığında yerləşir və burada İranın hərbi və müdafiə sənayesi ilə əlaqəli bir sıra obyektlərin olduğu bildirilir. Buna görə də hücum regionda strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir.

Məsələ ilə bağlı İran rəsmilərinin və ya SEPAH rəhbərliyinin rəsmi açıqlama verəcəyi gözlənilir. Hadisə regionda davam edən hərbi gərginliyin daha da artmasına səbəb ola biləcək yeni mərhələ kimi dəyərləndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO