Abşeron rayonu Masazır qəsəbəsinin Yeni Bakı yaşayış massivində hazırda qazıntı işləri aparılır. Ərazidə xüsusi texnikanın işləməsi və yolun bir hissəsinin qazılması səbəbindən gediş-gəliş qismən məhdudlaşdırılıb, nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Görülən işlərin mahiyyəti və hansı qurum tərəfindən icra olunduğu ilə maraqlandıq.
Məlum oldu ki, yaşayış massivində təmir işləri Abşeron Rayon İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.
İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülən işlər kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədardır. Layihə özəl şirkət tərəfindən sifariş edilib və icrası podratçı şirkət tərəfindən həyata keçirilir.
Qeyd olundu ki, bundan öncə digər qonşu yaşayış massivi olan “Qurtuluş-93”-də də kanalizasiya xətlərinin yenilənməsi prosesi aparılıb. Xətlərin dəyişdirilməsi işləri başa çatdıqdan sonra ərazi tamamilə asfaltlanacaq.


Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:20 / 24.02.2026
Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO
Hazırda oxunan: Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO
Hazırda oxunan: Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO
597883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































