Uitkoff: “Tramp İranla bağlı məndən soruşdu ki...” - VİDEO

Uitkoff: “Tramp İranla bağlı məndən soruşdu ki...” - VİDEO

Hazırda oxunan: Uitkoff: “Tramp İranla bağlı məndən soruşdu ki...” - VİDEO

597610

Dünən ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff prezident Donald Trampın İranın mövqeyindən narazı qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o,  “Fox News” telekanalına müsahibəsində danışıb.

Uitkofun sözlərinə görə, Tramp İranın güclü hərbi təzyiqə baxmayaraq geri addım atmamasını həm “maraqlı”, həm də “məyusedici” hesab edir.

O, qeyd edib ki, prezident dünən səhər ondan İranın “qırmızı xətləri” barədə soruşub və Tehranın niyə mövqeyini dəyişmədiyi ilə maraqlanıb.
 

ABŞ rəsmisi bildirib ki, Vaşinqton bölgədə əhəmiyyətli dəniz və hərbi gücə malikdir və bu səviyyədə təzyiq fonunda İranın danışıqlarda daha açıq mövqe ortaya qoymaması Ağ Evi təəccübləndirir.


Uitkoffun sözlərinə görə, ABŞ İranın konkret olaraq hansı addımlara hazır olduğunu açıqlamasını gözləyir. Ancaq onun ifadəsinə görə, Tehranı bu nöqtəyə gətirmək “asan deyil”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO