Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Hazırda oxunan: Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

595065

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən qəbiristanlıq baxımsız haldadır.

Bizim.Media xəbər verir ki, ərazidəki qamışlar qəbirlərin üzərini örtüb və qəbiristanlıq artıq ziyarətolunmaz vəziyyətə düşüb.

Həmçinin ərazidə gölməçə də yaranıb.

40 mindən çox məzara məkan olan qəbiristanlıq uzun müddətdir, gözdən iraq, təmizlikdən uzaqdır.
 

Sakinlərin sözlərinə görə, onlar yaxınlarını ziyarət edə bilmirlər, əsas problem qəbiristanlıqdakı gölməçənin qəbirləri suya qərq etməsidir.


Məsələ ilə bağlı Zabrat Bələdiyyəsinin sədr müavini Hikmət Alıyev Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, yaxın zamanda bura maliyyə ayrılsa, məsələ həllini tapa biləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO