Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

595064

Ukraynanın Zaporojye vilayəti dron hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RBK-Ukraina" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fedorova istinadən məlumat yayıb.

İvan Fedorov bildirib ki, Rusiya qoşunları regiona 577 zərbə endirib və yaşayış məntəqələrinə 297 dron buraxıb.
 

"Rusiyanın hücumları nəticəsində Zaporojye və Poloqovsk rayonlarında bir nəfər həlak olub, səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar kütləvi kombinə edilmiş atəş taktikası tətbiq ediblər. Dron hücumlarından (əsasən FPV) ən çox Volnyansk, Qulyaypole, Stepnoqorsk və Novonikolayevka zərər çəkib", - Fedorov qeyd edib.


Onun sözlərinə görə, Rusiya aviasiyası kənd və qəsəbələrə 24 zərbə, onlarla icmanın yaşayış məhəllələrinə və ətrafına 253 artilleriya zərbəsi endirib. 67-dən çox yaşayış evi, avtomobil və mülki infrastruktur obyekti zədələnib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO