Mağazaya hücum zamanı kassir belə öldürüldü - VİDEO

Mağazaya hücum zamanı kassir belə öldürüldü - VİDEO

Hazırda oxunan: Mağazaya hücum zamanı kassir belə öldürüldü - VİDEO

59370

Rusiya İstintaq Komitəsi Moskva yaxınlığındakı İstra yaşayış məskənində “Pyateroçka” mağazasına kassirin ölümü ilə nəticələnən hücum anını əks etdirən video yayımlayıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, müşahidə kameralarının görüntülərində beysbol ağacları (bit) ilə silahlanan və maska taxan cinayətkarlar mağaza işçilərini döyərək seyfi açıblar və oradan pul götürüblər.

İstintaqın məlumatına görə, hadisə fevralın 9-na keçən gecə baş verib: 4 nəfər mağaza müdirini, onun həyat yoldaşını və satıcını döyüb, 96 min rublu oğurlayıb, sonra isə yoxa çıxıblar.

51 yaşlı kassir aldığı xəsarətlərdən yerindəcə keçinib, iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Şübhəlilər saxlanılıb. Onların hamısı qonşu dövlətlərdən birinin vətəndaşlarıdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO