Mayın 26-29-da “TEKNOFEST” Bakıda keçiriləcək - Səlcuq Bayrakdardan AÇIQLAMA - VİDEOREPORTAJ

Mayın 26-29-da “TEKNOFEST” Bakıda keçiriləcək - Səlcuq Bayrakdardan AÇIQLAMA - VİDEOREPORTAJ

Hazırda oxunan: Mayın 26-29-da “TEKNOFEST” Bakıda keçiriləcək - Səlcuq Bayrakdardan AÇIQLAMA - VİDEOREPORTAJ

59224

İlk “TEKNOFEST” səfəri Azərbaycanda baş turub və tezliklə böyük festival da Bakıda olacaq.

Bu barədə məlumatı Türkiyənin ixtiraçı mühəndisi Səlcuq Bayraqdar Azərbaycanlı Türkiyə Məzunları ilə görüşdə verib. O, qeyd edib ki, mayın 26-29-da baş tutacaq tədbir Bakının ən gözəl məkanlarından birində, Kristal Holda keçiriləcək.

Şəhid ailələrinə təzim və sayqısını çatdıran Bayraqdar Qarabagda pilotsuz hava aparatlarının uğurlarından danışaraq, gələcəkdə bu sistemlərin daha da inkişaf edəcəyini vurğulayıb.

Xüsusilə, Qarabağ müharibəsində PUA-ların dünyaya səs saldığını, daha çox tanındığını qeyd edib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayrakdardan “TEKNOFEST" açıqlaması 


Azərbaycan gənclərini yeni texnologiyalara həvəsləndirən ixtiraçı mühəndis festivalda iştirak üçün gənclərin 17 fevral tarixinə kimi “TEKNOFEST”ə müraciət edə biləcəklərini diqqətə çatdırıb.

Görüşdə "Xaricdə yaşayan türklər və əqrəba icmalar ilə iş üzrə Baş İdarəsi"nin başqanı Abdullah Eren, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 26-29 may tarixlərində Bakıda keçiriləcək “TEKNOFEST” festivalının önəmini qeyd ediblər.

Türkiyənin texnologiyada yenilik yaratdıgını, bunda isə Bayrakdar ailəsinin böyük rolu olduğunu söyləyiblər.

Tədbirdən hazırladığımız geniş videoreportajımızı təqdim edirik:

Şahnaz, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO