Şəhriyardan Xameneiyə MƏSLƏHƏT - “Gördün işin əyildi, durma, əkil, gözdən it...” – VİDEO

Şəhriyardan Xameneiyə MƏSLƏHƏT - “Gördün işin əyildi, durma, əkil, gözdən it...” – VİDEO

Hazırda oxunan: Şəhriyardan Xameneiyə MƏSLƏHƏT - “Gördün işin əyildi, durma, əkil, gözdən it...” – VİDEO

591069

Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.

Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar illər əvvəl İranın ali lideri Seyid Əli Xameneiyə şeirlə məsləhət vermişdi.  

Həmin şeiri təqdim edirik:

Bir gün ağız qalır boş, bir gün dolu dad olur,

Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.

Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,

Amma bəxtin yatanda qohum-qardaş yad olur.

Çalış adın gələndə, rəhmət oxunsun sənə,

Dünyada səndən qalan axırda bir ad olur.

Gördün işin əyildi durma əkil, gözdən it,

Dostun görər darıxar, düşmən görər şad olur…


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO