"Şuşa ili" çərçivəsində tədbirlərə start verildi - VİDEOREPORTAJ

Hazırda oxunan: "Şuşa ili" çərçivəsində tədbirlərə start verildi - VİDEOREPORTAJ

59054

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada "Şuşa ili"nə həsr olunan təqdimat keçirilib.

Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa - Azərbaycanın mədəniyyət paytaxti. Biblioqrafiya" və "Xan Şuşinski, Biblioqrafiya" kitabları təqdim olunub. 

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bizim məqsədimiz və vəzifəmiz Şuşanın şanlı tarixini, ruhunu özünə qaytarmaqdır. Şuşada bir çox tarix mədəniyyət abidələrinin bərpası ilə bu müqəddəs şəhərin ruhu da bərpa edilməyə başlanıldı. Nazir qeyd edib ki, bundan sonrakı tədbirlər artıq Şuşada keçiriləcək.

Anar Kərimov onu da qeyd etdi ki, "Şuşaya kitabla gedək" layihəmiz var. Orada ermənilər tərəfindən yandırılmış kitab fondunun bərpası ilə bağlı işlər aparılır.

Bu vaxta kimi 60 min kitab toplanılıb. Əminəm ki, Şuşada bərpa olunan kitabxanada laiyhə layiqli yerini tutacaq.

Tədbirdə elm, mədəniyyət xadimləri ilə yanaşı Xan Şuşiniskinin qızı Bəyimxanım Verdiyeva və oglu da iştirak edib.

Şahnaz, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO