Çimərlikdə asılmış 5 insan başı tapıldı - VİDEO

Çimərlikdə asılmış 5 insan başı tapıldı - VİDEO

Hazırda oxunan: Çimərlikdə asılmış 5 insan başı tapıldı - VİDEO

590298

Ekvadorda çimərlikdə asılmış beş insan başı tapılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Məlumata görə, asılmış vəziyyətdə tapılmış başların yanında üzərində təhdid mesajı yazılmış taxta lövhə də olub.
 

"Kənd bizə məxsusdur. Balıqçıları soymağa və "vaksinasiya"ya (peyvənd) davam edin", - deyə taxta lövhədə yazılıb.


Başların 20-34 yaşlarında beş kişiyə məxsus olduğu bildirilir. 

Ekvadorda "vaksinasiya" adlı cinayət termini mövcuddur. Bu, vətəndaşlardan və biznes nümayəndələrindən dəstələr tərəfindən sistematik şəkildə pul qoparılmasını ifadə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO