Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək? - VİDEO

Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək? - VİDEO

Hazırda oxunan: Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək? - VİDEO

590269

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.

Bizim.Media xəbər verir ki, müğənniyə amnistiya aktı tətbiq olunacaq.

Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.

Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.
 

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il , N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO