Bakıda yaşayan qadının vatsap hesabı ələ keçirilib, sonra onun doğmalarını aldadıb, 610 manat pulunu mənimsəyiblər.
Bizim.Media xəbər verir ki, bütün bunlar Qaradağ rayonunun Ələt qəsəbə sakini Günay Səmədovanın başına gəlib.
Kiberdələduzlar vatsapda onun adından yaxınlarına mesaj yazaraq, təcili pul istəyiblər.
Günay Səmədovanın oğlu əsgərdir. Kiberdələduzlar da elə bu nüansdan istifadə edərək, Günay Səmədovanın adından "təcili uşağa pul göndərməliyəm" yazaraq, onun doğmalarından pul istəyiblər. Bu azmış kimi, onlara göndərilən bank kartının da guya əsgərin komandirinə məxsus olduğunu deyiblər.
Günay Səmədova məsələ ilə bağlı artıq polisə də müraciət edib.
Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər”ə bildirilib ki, sözügedən məsələ araşdırılır. O da qeyd olunub ki, bu kimi hallarla üzləşən vətəndaşlar 102 qaynar xəttinə müraciət edə bilərlər. Daxil olan hər bir müraciətlə bağlı araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:31 / 11.01.2026
Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi — VİDEO
Hazırda oxunan: Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi — VİDEO
Hazırda oxunan: Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi — VİDEO
590144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































