Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər - VİDEO

Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər - VİDEO

Hazırda oxunan: Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər - VİDEO

590141

Culfa şəhəri, 1-ci küçə, 31-ci binada yaşayan sakinlər 2022-ci ildən etibarən evlərindən çıxarılıblar.

Bizim.Media xəbər verir ki, səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib. Lakin sakinlərin bildirdiyinə görə, evlərindən köçürülsələr də, nə kirayə pulu ilə təmin olunublar, nə də müvəqqəti yaşayış üçün onlara alternativ ünvanlar təklif edilib.
 

Bu səbəbdən vətəndaşlar hazırkı vəziyyətdən ciddi narazılıq edirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətləri cavabsız qalıb.


"Bizi evdən çıxarıblar, amma heç bir köməklik göstərmirlər. İcra hakimiyyətində dəfələrlə olmuşuq. Dedilər ki, sizə kirayə pulu verməyə imkanımız yoxdur", - sakinlərdən biri Baku TV-yə bildirib.

Başqa bir sakin isə qeyd edib:

"Nazirliyə müraciət etdik, onlar məsuliyyəti icra hakimiyyətinin üzərinə atırlar. İcra hakimiyyəti isə deyir ki, bizlik bir şey yoxdur, bizə vəsait ayrılmalıdır ki, sizə verək. Nə ev verirlər, nə də pul. Bizim haqqımızda heç kim düşünmür. Yaşamaq üçün yer tapa bilmirik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO