Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

Hazırda oxunan: Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

590119

Mütəxəssislər vətəndaşları həkim məsləhəti olmadan dərman qəbul etməyin ciddi təhlükələr doğura biləcəyi barədə xəbərdar edirlər.

Bizim.Media xəbər verir ki, bir çox hallarda insanlar tibbi müayinədən keçmədən, yalnız qonşu və ya tanışların tövsiyəsi ilə dərman istifadə edirlər ki, bu da ağır fəsadlara yol aça bilər.

Kor-koranə dərman qəbulu yanlış diaqnoz, səhv doza və uyğun olmayan preparat seçimi ilə nəticələnir.

Bu isə xəstəliyin ağırlaşmasına, əlavə sağlamlıq problemlərinin yaranmasına və bəzi hallarda həyati risklərin artmasına səbəb olur. Həkimlərin sözlərinə görə, eyni simptomlar müxtəlif xəstəliklərin əlaməti ola bilər və bu səbəbdən başqasına fayda verən dərman digər şəxs üçün təhlükəli sayılır.
 

Xüsusilə antibiotiklərin, ağrıkəsicilərin və hormonal preparatların nəzarətsiz istifadəsi ciddi risk daşıyır. İctimai TV-nin hazırladığı reportajda vətəndaşlara çağırış edilir ki, sağlamlıqla bağlı hər hansı problem yaranan zaman yalnız peşəkar həkimə müraciət etsinlər və dərmanları resept əsasında qəbul etsinlər.


Mütəxəssislər vurğulayırlar ki, düzgün müalicə yalnız tibbi müayinə və fərdi yanaşma ilə mümkündür.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO