Bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı – FOTO/VİDEO

Bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı – FOTO/VİDEO

589824

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. 
 

“Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. 


“Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.

Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO